Telegram-ın standart funksiyalarından biri pullu olub

Telegram-ın standart funksiyalarından biri pullu olub

Sosial Media
18.10.2022 PAYLAŞIM

    Telegram-ın yaradıcısı Pavel Durov messencer daxilində Premium abunəliyi anons edən zaman bildirmişdi ki, messencerin standart funksiyaları pulsuz olaraq qalacaqlar və aylıq ödənişli abunəliyə daxil edilməyəcəklər. Lakin bir neçə müddət bundan öncə Telegram-dakı kanalların sahibləri standart funksiyalardan birinin ödənişli olduğunu aşkar ediblər. Belə ki, kanalların sahibləri və adminləri Telegram Premium əldə etmədən paylaşımları kanal adından edə bilmirlər. Bundan əlavə olaraq onlar həmçinin kanal çatında, kanal daxilindəki paylaşımların rəylərində və həmçinin digər kanallarda öz fikirlərini sahib olduqları kanalın adından qeyd edə bilmirlər.


    Bu imkanların aktivləşdirilməsi üçün Telegram Premium abunəliyin əldə edilməsini təklif edir. Ola bilər ki, Telegram-ın bu cür addımı Telegram Premium-un ləng şəkildə yayılması ilə bağlıdır. Premium Statistics kanalının təqdim etmiş olduğu məlumata əsasən bu ilin oktyabr ayı üçün Telegram Premium istifadəçilərinin ümumi faiz göstəricisi 0.38% təşkil edib. Daha öncə Pavel Durov qeyd etmişdi ki, Telegram-ın bütün xərclərinin qarşılanması üçün istifadəçilərin 3%-nin Telegram Premium-a keçid etməsi kifayət edir. Verilmiş digər bir məlumata əsasən isə kanal adından paylaşım etmə funksiyasının ödənişli olmasının əsas səbəbi spam paylaşımlarının saylarını azaltmaqdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mac kompüterləri üçün Whatsapp-ın Apple M prosessorlarını dəstəkləyən beta versi..

Whatsapp tərtibatçıları keçən ilin yay fəslində messencerin Mac kompüterləri üçün nəzərdə tutulmuş t..


Whatsapp-da fotoları ilkin keyfiyyətdə göndərmək mümkün olacaq

Whatsapp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər. Məlum olub ki, onlar messencerin ..


Elon Musk daha bahalı Twitter Blue abunəliyini istifadəyə verməyi planlaşdırır..

Elon Musk bir neçə gün bundan öncə onu narahat edən məsələlər barəsində fikrini bildirib...


Twitter yaxın zamanda müasir messencerlərin vacib funksiyalarından birini əldə e..

İnsayderlərin verdikləri yeni məlumata əsasən Twitter yaxın zamanda istifadəçilərin bir-biriləri ilə..


Whatsapp-da audio formatlı statusların testinə start verilib

Whatsapp-ın yeni beta versiyasında barəsində uzun müddət ərzində məlumat sızıntısı olmuş növbəti fun..


Whatsapp-da yaxın zamanda istifadəyə veriləcək yeni funksiyalar məlum olub

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş növbəti yenilənmə üzərində çalışırlar və o, ..

×