
Telegram istifadəçilər arasında Whatsapp-dan sonra ikinci ən məşhur messencer olub
Sosial Media
20.02.2023
Emil
Pavel Durov öz Telegram kanalında bildirib ki, Telegram istifadəçilər arasında məşhurluq üzrə ikinci pilləyə yüksəlməyi bacarıb. “Son 5 ildə Telegram Facebook Messenger-i geridə qoyaraq mesajların mübadiləsi üçün nəzərdə tutulmuş ən məşhur bulud tətbiqi olub” - deyə Durov qeyd edib. Onun sözlərinə əsasən hal hazırda messencer yalnız Whatsapp-a uduzur. Bununla belə hər iki messencer arasındakı statistika fərqi getdikcə azalır. Durov həmçinin Telegram-ın rəqiblərinin narahatçılıqlarından da bəhs edib. Durov öz sözlərini Fortune jurnalının məlumatları ilə təsdiqləyib. Belə ki, jurnalın məlumatlarına əsasən Telegram-ın messencerlər bazarındakı payı 31% təşkil edir.
Bu bazarda Whatsapp-ın payı 44%, Facebook Messenger-in payı isə 21% təşkil edir. Məlumata əsasən 2020-ci ildən başlayaraq Facebook Messenger-in istifadəçilər arasında məşhurluğu aşağı düşməyə, Telegram-ın məşhurluğu isə yüksəlməyə başladı. Sosial mediaların və kütləvi informasiya vasitələrinin monitorinqi ilə məşğul olan Brand Analytics şirkəti 2022-ci ilin payız fəslində sosial şəbəkələrdə və messencerlərdə olan aktivliklər barəsində tədqiqat aparmışdı. Tədqiqat nəticəsində şirkət belə qənaətə gəlmişdi ki, Telegram sosial şəbəkələr arasında aktiv istifadəçilərin və göndərilən mesajların say artımı üzrə rekord yüksəliş sərgiləyir. Belə ki, keçən ilin oktyabr ayında Telegram-ın aktiv istifadəçi kütləsinin sayı 58%, messencer daxilində təqdim edilən kontentlərin sayı isə 24% yüksəlmişdi.
Paylaş
Bənzər xəbərlər