Telegram özünün reklam platformasını istifadəyə verib

Telegram özünün reklam platformasını istifadəyə verib

Sosial Media
27.10.2021 PAYLAŞIM

    Telegram öz reklam platformasının istifadəyə verildiyini elan edib. Sözügedən platforma promote.telegram.org saytında artıq aktivdir. Lakin qeyd etmək lazımdır ki, messencerin reklam platforması hələ ki, test rejimində çalışır. Faktiki olaraq Telegram-da indi də reklam elanlarına rast gəlmək olar. Sadəcə olaraq indiki reklam elanları messencerdəki kanalların müəllifləri tərəfindən yerləşdirilir və onlar adi mesaj formatındadırlar. Pavel Durov isə öz messencerində rəsmi reklam elanları formatını söz verir. Bu reklam elanları istifadəçiləri bezdirməyəcəklər və onlar üçün mümkün qədər komfort olacaqlar. İlk növbədə qeyd etmək lazımdır ki, reklam elanları fərdi və qrup çatlarında əks olunmayacaqlar.


    Reklam elanları yalnız kanallara inteqrasiya ediləcək. Söhbət, 1000 nəfərdən çox abunəçiyə sahib kanallardan gedir. Bununla yanaşı reklam elanı kanalın fəaliyyət sahəsini əhatə edəcək. Həmçinin reklam elanları xüsusi moderasiya prosesindən keçəcəklər. Verilmiş məlumata əsasən reklam elanlarının həcmi böyük olmayacaq. Belə ki, onlar sadəcə olaraq 160 simvoldan ibarət olacaqlar və özlərində heç bir link ilə fotonu birləşdirməyəcəklər. Reklam elanları kanalda mövcud olan bütün paylaşımlara baxılandan sonra istifadəçiyə təqdim ediləcək.

    Bundan əlavə olaraq Telegram bu məsələdə istifadəçilərin məlumatlarından istifadə etməməyi və onları konfidensial şəkildə saxlamağı söz verib. Bu isə o deməkdir ki, hər hansı bir reklam elanının tərkibi bu və ya digər istifadəçinin üstünlüklərinə əsaslanmayacaq. Nəticədə reklam elanı yalnız kanalın fəaliyyət sahəsini əhatə edəcək. Telegram həmçinin istifadəçilərin reklam elanına klikləyib-klikləmədiklərini də izləməyəcək. Hal hazırda Telegram Ad Platform test rejimində çalışır. Gələcəkdə isə reklam elanlarından əldə ediləcək vəsaitin bir hissəsinin kanal müəlliflərinə də təqdim edilməsi gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası istifadəyə veriləcək..

İnsayderlər məlumat veriblər ki, yaxın zamanda Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası ..


Instagram istifadəçilərin real şəxslər olduqlarını yoxlamaq üçün onlardan video ..

Instagram bəzi istifadəçilərdən video selfie tələb etməyə başlayıb.


Youtube videolardakı dislike sayının görünməsini deaktiv edib

Youtube rəsmi şəkildə elan edib ki, bundan sonra videolardakı dislike sayı adi istifadəçilər üçün gö..


Instagram-da ödənişli abunəlik istifadəyə veriləcək

Yaxın zamanda Instagram istifadəçiləri əlavə gəlir mənbəyinə sahib olacaqlar.


Telegram-da ödənişli abunəlik sistemi istifadəyə veriləcək

Telegram-ın yaradıcısı Pavel Durov öz bloqunda messencer ilə bağlı olacaq dəyişikliklər barəsində mə..


Whatsapp tərtibatçıları messencer üçün Communities adlı yeni funksiya üzərində ç..

Oktyabr ayında XDA-Developers saytının iştirakçıları bildirmişdilər ki, Whatsapp tərtibatçıları mess..

×