main-post-cover

    Telegram Premium istifadəçiləri üçün yeni funksiyalar istifadəyə veriləcək

    Sosial Media
    17.07.2022
    Farid Pardashunas
        Aylıq ödəniş əsaslı Telegram Premium-un istifadəyə verilməsindən 1 ay sonra messencerin premium istifadəçiləri üçün istifadəyə veriləcək yeni funksiyalar barəsində məlumatlar ortaya çıxıb. İstifadəyə veriləcək yeni funksiyalar arasında istifadəçilər tərəfindən çoxdan gözləniləni də var. Yeni funksiyalar messencerin Android üçün nəzərdə tutulmuş son beta versiyasında aşkar edilib. Beləliklə messencerin konfidensiallıqla bağlı ayarlarına səsli mesajları əhatə edən yeni bölmə əlavə edilib. Həmin bölmədə premium istifadəçi səsli mesajları kimlərin göndərə və ya göndərə bilməyəcəklərini qeyd edə biləcək. Beləliklə səsli mesajları göndərə biləcək şəxslər üzrə 3 kateqoriya təqdim ediləcək. Bütün istifadəçilər, kontaktlar siyahısından olan istifadəçilər və ya heç kim. Bundan əlavə olaraq səsli mesajlarıın göndərilməsini konkret istifadəçilər üçün də qadağan etmək mümkün olacaq.
        Səsli mesajları göndərmək qadağasını əhatə edən siyahıya daxil edilmiş istifadəçi səsli mesaj göndərmək istəyən zaman çat daxilində bunun onun üçün qadağan edildiyi bildirişi əks olunacaq. Daha bir yeni funksiya isə kiçik ölçülü animasiyalı emoji stikerlər olacaq. Həmin stikerləri göndərilən mesaja əlavə etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, adi istifadəçilər Telegram daxilində animasiyalı stikerləri yalnız əsas mesajdan ayrıca göndərə bilərlər. Yalnız bu halda həmin stikerlər animasiya formatında əks olunurlar. Bununla yanaşı tərtibatçılar Premium abunəliyin digər istifadəçilərə hədiyyə edilməsi imkanını da əlavə edəcəklər. Bütün bu yeniliklər Telegram Premium istifadəçiləri üçün yaxın zamanda istifadəyə verilməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər