Reklam
Telegram Premium istifadəçiləri üçün yeni funksiyalar təqdim edilib

Telegram Premium istifadəçiləri üçün yeni funksiyalar təqdim edilib

Sosial Media
15.08.2022 PAYLAŞIM

    Uzun çəkməyən gözləntidən sonra Telegram-ın "inqilabi" yenilənməsi təqdim edildi. Messencerin yenilənmiş versiyası insanlar arasındakı ünsiyyəti tamamilə dəyişmək üçün nəzərdə tutulub. Belə ki, yenilənmə istifadəçilərə öz emosiyalarını yeni animasiyalı emojilər vasitəsilə əks etdirmək yolunda daha geniş imkanlar təqdim edir. Telegram Premium istifadəçiləri üçün fərdi emojilərin yaradılma platforması istifadəyə verilib. Sözügedən platforma istifadəçilərə unikal personajlardan ibarət fərdi dəstləri yükləməyə imkan verir. Artıq 500 animasiyalı emojidən ibarət ilk 10 dəst istifadəyə verilib və bu dəstlərin sayı getdikcə artacaq.

Telegram


    İstifadəçilər isə öz növbələrində bu cür animasiyalı emojiləri birbaşa mətnli mesajlara, videoların və ya fotoların başlıqlarına əlavə edə biləcəklər. Müəllif hüquqlarına sahib çoxlu sayda animasiyalı emojilər üçün tam ekranlı xüsusi animasiyalar aktivdir. Bu özəllik yalnız Telegram Premium istifadəçiləri üçün keçərlidir. Telegram-ın iOS versiyasının istifadəçiləri üçün stikerlərin yenilənmiş paneli istifadəyə verilib. İstifadəyə verilmiş yeni panel messencerin Android, desktor veb versiyalarında olan stikerlər panelinin analoqudur.

Telegram

    Beləliklə həmin panel stikerlər, emojilər və GIF bölmələri arasındakı keçidi sadələşdirir. Telegram Premium istifadəçiləri üçün təqdim edilmiş daha bir yeni funksiya onlara səsli mesajların göndərilməsinin qadağan edilməsidir. Belə ki, Telegram Premium istifadəçiləri öz istəklərinə uyğun olaraq bütün istifadəçilərə səsli mesajların göndərilməsini qadağan edə bilərlər. Bu funksiyasını aktivləşdirmiş istifadəçiyə səsli mesaj göndərmək istəyən zaman messencer müvafiq qadağanı əks etdirən bildirişi səsli mesajı göndərmək istəyən şəxsə təqdim edəcək.

Telegram

    Bununla yanaşı istifadəçi səsli mesajların kimlər tərəfindən göndərilə biləcəyini də seçə bilər. Bundan əlavə olaraq messencerə daha çox interaktiv animasiyalı emojilər əlavə edilib. Əlavə edilmiş bu emojilərlə özəl çatlarda qarşılıqlı əlaqədə olmaq olar. Bu cür emojiyə klikləyən zaman həmsöhbət olan iki şəxs ekranda müvafiq animasiyanı görəcək. Onu da qeyd etmək lazımdır ki, bundan sonra istifadəçilər Premium abunəliyi digərlərinə hədiyyə kimi göndərə biləcəklər. Belə ki, istifadəçilər 3, 6 və ya 12 aylıq Telegram Premium abunəliyini digərlərinə hədiyyə göndərə bilərlər.

Telegram

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Youtube-da 4K videoların izlənmə imkanı yalnız Youtube Premium istifadəçiləri üç..

Youtube Premium-a sahib olmayan istifadəçilər videoplatformada videoların izlənməsi zamanı əlavə ola..


Instagram öz istifadəçilərini mesajlardakı çılpaq kontentlərdən qoruyacaq..

Instagram istifadəçiləri mesajlarda arzuolunmaz çılpaq fotolardan qoruyacaq yeni mexanizm üzərində ç..


Youtube kontent müəlliflərinə lisenziya olunmuş mahnılardan istifadə etməyə imka..

Made on Youtube tədbiri çərçivəsində videoservis Creator Music adlı proqramı anons edib.


Mozilla: 'Youtube-un məsləhət məqsədli alqoritmləri heç də düzgün şəkildə çalışm..

Firefox brauzeri ilə tanınan Mozilla şirkətinin aparmış olduğu irimiqyaslı tədqiqata əsasən Youtube-..


Youtube interfeysində bəzi dəyişikliklər olacaq

Youtube öz yenilənmiş interfeysini tədricən istifadəyə verməyə başlayb.

×