
Telegram Premium-un funksiyalarından biri Whatsapp-da pulsuz şəkildə istifadəyə veriləcək
Sosial Media
10.02.2023
Emil
İnsayderlər Whatsapp-ın test versiyasında iki yeni funksiyanı aşkar ediblər. Funksiyalardan biri messencerin iOS, digəri isə Android üçün nəzərdə tutulmuş test versiyasında ortaya çıxıb. Beləliklə messencerin iOS versiyasında ortaya çıxmış funksiya Telegram Premium-da olan funksiyanın bir qədər fərqli versiyasıdır. Messencerin Android versiyasında olan yeni funksiya isə qrup çatlarını əhatə edir. Verilmiş məlumata əsasən Whatsapp-ın iOS üçün olan test versiyasında səsli mesajların mətn formatına köçürülməsi funksiyası istifadəyə verilib. Qeyd etmək lazımdır ki, buna bənzər funksiya artıq Telegram Premium-da mövcuddur.

Lakin bu funksiyanın Whatsapp-da istifadəyə veriləcək versiyası Telegram Premium-dakı versiyadan bir qədər fərqlənəcək. Bu funksiya çərçivəsində Whatsapp smartfona yüklənmiş kitabxanadan istifadə edir və səsli mesajları Google serverlərinə və ya nitqin təyini üçün nəzərdə tutulmuş digər servislərə ötürmür. Məlumatda qeyd edilib ki, səsli mesajda hər hansısa sözün təyin edilmədiyi və ya səsli mesajı göndərmiş şəxsin digər dildə danışdığı halda messencerin test versiyasında bu funksiya çalışmaya bilər. Təqdim edilmiş screenshot fotodan da görmək olar ki, səsli mesajın tərkib hissəsini təşkil edən dili fərdi şəkildə seçmək mümkün olacaq.

Messencerin Android üçün olan test versiyasında ortaya çıxmış yeni funksiya isə qrup çatlarındakı istifadəçilərə videokonfransın planlaşdırılması üzrə avtomatik bildirişin göndərilməsi imkanını verəcək. İstifadəçi qrup çatında göndəriləcək avtomatik bildirişdə videokonfransın başlığını, tarixini və zamanını qeyd edə bilər. Beləliklə videokonfransın baş tutacağı vaxtın gəlib çatması zamanı messencer avtomatik olaraq qrup çatındakı istifadəçilərə bu barədə bildiriş göndərəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
