main-post-cover

    Telegram təkmilləşdirilmiş brauzeri və digər yenilikləri əldə edib

    Sosial Media
    01.08.2024
    Emil Nəcəfov
         Telegram üçün növbəti böyük yenilənmə istifadəyə verilib. Bunun sayəsində messencer yeni imkanları əldə edib. Növbəti yenilənmə çəçrivəsində Telegram Web3 dəstəkli təkmilləşdirilmiş brauzeri, Stories paylaşımları üçün nəzərdə tutulmuş yeni imkanları və dostlar üçün ulduz valyutasının alınması özəlliyini əldə edib. Beləliklə Telegram-ın yeni versiyasında reallaşdırılmış əsas yenilik brauzer ilə bağlıdır.
         Daha əvvəllər istifadəçilər Telegram daxilindəki brauzerdə sadəcə olaraq linklərə baxa bilirdilər. Messencerin yeni versiyasında isə brauzer daha geniş funksionallığı əldə edib. Belə ki, Telegram daxilindəki brauzerə qovluqların əlavə edilməsi və TON şəbəkəsində mərkəzləşdirilməmiş resurslara daxil olma imkanları reallaşdırılıb. Telegram-ın axtarış bölməsinə Apps adlı yeni qovluq əlavə edilib.
         Bu qovluq istifadəçi tərəfindən artıq istifadə edilən və ya istifadə edilməyən məşhur mini tətbiqlərin axtarışı imkanını verir. Tərtibatçılar isə mini tətbiqlər kataloquna öz məhsullarının screenshotlarını yükləmək imkanını əldə ediblər. Bunun sayəsində istifadəçi mini tətbiqi işə salmazdan öncə onu qiymətləndirə biləcək. Mini tətbiqlərdəki kontentləri həmçinin Stories-də də paylaşmaq mümkün olacaq. Üstəlik istifadəçilər öz dostlarına ulduz valyutasını hədiyyə edə biləcəklər. Digər yeniliklərə gəldikdə isə Stories paylaşımlarında hava şəraiti vidjetini, Stories paylaşımının üz qabığının ilk kadrdan digərinə dəyişdirilə bilməsi imkanını və video formatlı mesajın yazılması zamanı ön kameranın işığını yandıra bilmək özəlliyini qeyd etmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Telegram-ın Android versiyasında ciddi boşluq aşkar edilib
    telegram-in-android-versiyasinda-ciddi-bosluq-askar-edilib
    Telegram-ın aylıq istifadəçi kütləsi 900 milyonu keçib
    telegram-in-ayliq-istifadeci-kutlesi-900-milyonu-kecib
    WhatsApp, artıq telefon nömrəsi olmadan istifadə oluna biləcək!
    whatsapp-artiq-telefon-nomresi-olmadan-istifade-oluna-bilecek
    Telegram fake xəbərləri xüsusi olaraq işarələyəcək
    telegram-fake-xeberleri-xususi-olaraq-isareleyecek
    Telegram Avropa Birliyi regionunda ciddi nəzarət altında olacaq
    telegram-avropa-birliyi-regionunda-ciddi-nezaret-altinda-olacaq