Logo
    main-post-cover

    Telegram üçün iki yeni funksiya istifadəyə verilib

        Telegram tərtibatçıları messencer üçün növbəti yeni funksiyaları təqdim ediblər. Əlavə edilmiş funksiyalar arasında çoxlu sayda çatlardan ibarət qovluqların paylaşılması, özəl çatların xarici görünüşlərinin tərtib edilməsində daha geniş imkanlar və yaxşılaşdırılmış istifadəçi interfeysi var. Bundan sonra istifadəçilər digərləri ilə onlarla çatdan ibarət qovluqları paylaşa biləcək.
    Telegram 
        Bu üsul ilə istifadəçi digərlərini həmin çatlara bir-bir yox, bütün çatlara birdən dəvət edə biləcək. Çatlardan ibarət qovluqlar üçün bir neçə dəvət linki yaratmaq mümkündür. Həmin linklər isə müxtəlif növ çatlara dəvəti təmin edəcəklər. Bundan sonra istifadəçilər şəxsi fotolardan lazımi olanı seçərək onu özəl çatlarda individual tema kimi yerləşdirə biləcəklər. Çatdakı ikinci şəxs isə öz istəyinə uyğun olaraq təyin edilmiş görünüş temasını özünə kopyalaya bilər.
    Telegram 
    Paylaş
    Bənzər xəbərlər