main-post-cover

    Telegram unikal virtual mobil nömrələr satacaq

    Sosial Media
    29.11.2022
    Farid Pardashunas
        1 ay bundan öncə Telegram kriptovalyuta qarşılığında istifadəçi hesabları üçün nəzərdə tutulmuş ləqəblər (nickname) satmağa başladı. Messencerin Android üçün nəzərdə tutulmuş yeni beta versiyasında isə kriptovalyuta qarşılığında unikal virtual mobil nömrələrinin əldə edilməsi imkanı aşkar edilib. Bu yeni imkan barəsində ətraflı məlumat hələ yoxdur. Məlum olan odur ki, unikal virtual nömrələr +888 kodu ilə başlayacaqlar. Bununla belə həmin nömrələrə zəng etmək mümkün olmayacaq.
        Çox güman ki, həmin nömrələr Telegram-da qeydiyyatdan keçmək üçün nəzərdə tutulacaq və istifadəçi hesabları üçün ləqəblərin satışlarının reallaşdırıldığı Fragment adlı saytda satılacaq. Unikal virtual nömrələrin standart təyin edilmiş qiymətə və ya hərrac sistemi üzrə satılacağı bilinmir. Bundan əlavə olaraq sözügedən nömrələrə sahib olma şərtləri və onların istifadəçilərə verəcəkləri üstünlüklər də məlum deyil. Sadəcə olaraq güman etmək olar ki, sözügedən xidmət ilk növbədə öz biznesi üçün ayrıca seçilən nömrəyə sahib olmaq istəyən biznes istifadəçilərinə istiqamətlənəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər