
Texnoloji şirkətlər TikTok-un ABŞ-da tamamilə qadağan ediləcəyi ehtimalından narahatdırlar
Sosial Media
20.04.2023
Emil
ABŞ-ın İnformasiya Texnologiyaları Sənaye Şurası TikTok-un ABŞ-da tamamilə qadağan edilməsi ideyasına qarşı çıxıb. Qeyd etmək lazımdır ki, bu şuraya Microsoft və Apple kimi şirkətlər daxildirlər. Məlumatda qeyd edilib ki, sözügedən təşkilat ABŞ prezidenti Joe Biden-ın administrasiyası tərəfindən təklif edilən qanun layihəsinin səbəb ola biləcəyi mənfi nəticələrdən narahatdır. Hardware və software məhsulların hazırlanması ilə məşğul olan şirkətlər hesab edirlər ki, TikTok-un tamamilə qadağan edilməsi gələcəkdə ABŞ hökumətinin Çin və Rusiya kimi ölkələrin istənilən servis və texnologiyalarını da qadağan edə biləcəyinə işarə edir.
ABŞ hökumətinə arzuolunmaz ölkələrdən olan istənilən texnologiyaları qadağan etməyə imkan verəcək qanun layihəsinin müəllifləri həmin qanun layihəsini qaydalara əsaslanan yanaşma kimi qələmə verirlər. Bu cür yanaşma isə təkcə TikTok-dan deyil, digər texnoloji məhsullardan ola biləcək təhlükələrlə mübarizə sistemlərini yaradır. “Siyasət bir şirkəti əhatə etmədiyi zaman daha güclü olacaq. Çünki bugün sizi TikTok narahat edirsə, sabah digər şirkət narahat edəcək. Bizə təhlükəsiz telekommunikasiya şəbəkələri və texnologiyaları lazımdır. Biz ABŞ-ın məlumatlarını və konfidensiallığını qorumalıyıq. Mən bu məsələdə Konqresin iki partiyalı işinə ümid edirəm” - deyə ticarət naziri Gina Raimondo qeyd edib.
Milli təhlükəsizlik mövzusundakı məsələlərə toxunulması öz növbəsində yeni qanun layihəsinin Konqresdə hər iki partiyanın dəstəyini əldə etməsinə səbəb olub. Bununla belə texnoloji şirkətlərin rəhbərləri bu qanun layihəsindən narahatdırlar. Onların fikirlərinə əsasən qanunun qəbul edilməsi halında ABŞ hökuməti milli təhlükəsizlik mövzusunda istənilən İT şirkəti istənilən səbəbə görə yoxlaya bilər. Bu isə onunla əlaqəlidir ki, İT sahədə hal hazırda texnoloji şirkətlər tərəfindən tətbiq edilən sistemlərdə Çin texnologiyaları istifadə edilir.
Paylaş
Bənzər xəbərlər