main-post-cover

    Threads-də gündəlik oxunan paylaşımların sayına məhdudiyyət tətbiq edib

    Sosial Media
    19.07.2023
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə Twitter-də gündəlik oxunan tweet sayında məhdudiyyət təyin edilmişdi. İndi isə məlum olub ki, Twitter-in analoqu şəklində fəaliyyət göstərən Threads servisi də bənzər addımı atıb. Bu ayın əvvəlində Twitter-in gündəlik oxunan tweet sayında məhdudiyyət təyin etməsinin əsas səbəbi şirkətlərin öz süni zəka modellərində Twitter məlumatlarından istifadə etmələri idi. Bu cür qərar isə öz növbəsində Threads-in istifadəçi kütləsinin sürətlə genişlənməsinə səbəb oldu.
        Belə ki, Twitter-də gündəlik oxunan tweet-lərin sayında məhdudiyyət çoxlarının narazılıqlarına səbəb oldu və nəticədə narazı istifadəçilər Threads-ə keçid etməyə başladılar. Instagram-ın və onunla əlaqəli olan Threads-in rəhbəri olan Adam Mosseri bildirib ki, yeni servisə olan çoxlu sayda spam hücumlar səbəbilə Threads-də gündəlik oxunan paylaşımların sayında məhdudiyyətlər təyin edilib. Buna görə də sosial şəbəkənin ən aktiv istifadəçiləri tətbiqin stabil şəkildə çalışmaması və çoxlu sayda paylaşımı oxuya bilməmək kimi problemlərlə qarşılaşa bilərlər.
        Bununla belə Adam Mosseri qeyd edib ki, bu cür məhdudiyyətlə qarşılaşmış istifadəçilər servisin dəstək xidmətinə müraciət edərək onu aradan qaldırma imkanına sahibdirlər. Threads-in istifadəçi kütləsi ümumilikdə təyin edilmiş məhdudiyyəti dəstəkləyib. Belə ki, Threads istifadəçilərinin sözlərinə əsasən sosial şəbəkədə son günlər ərzində spamların sayı olduqca çoxalıb. Botlar hər bir paylaşıma rəy bildirirlər və müxtəlif mərc oyunlarının reklamlarını reallaşdırırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər