
Threads-də istifadəçi aktivliyinin aşağı düşməsi müşahidə edilir
Sosial Media
17.07.2023
6 iyul tarixində Meta tərəfindən istifadəyə verilmiş Twitter analoqu Threads-in istifadəçi kütləsi artıq 100 milyonu keçib. Lakin Sensor Tower və Similarweb şirkətlərinin verdikləri məlumata əsasən Threads-in istifadəyə verildiyi həftənin sonundan sonra ona olmuş maraq o qədər də böyük olmayıb. Məlumatda qeyd edilib ki, Threads-in istifadəyə verildiyi ilk günlərdə o, istifadəçilər arasında çox məşhur olub və bunun hesabına onun istifadəçi kütləsi sürətlə artıb. İndi isə onda aktivliyin azalması müşahidə edilir. Məlumata əsasən 8 iyul tarixindəki statistika ilə müqayisədə keçən həftənin cərşənbə axşamı və çərşənbə günlərində Threads-də aktiv istifadəçilərin sayı 20% daha aşağı olub.
Yeni sosial şəbəkədə istifadəçilərin keçirdikləri ortalama zaman göstəricisi isə 50% aşağı düşüb. Yəni 20 dəqiqədən 10 dəqiqəyə. Başqa sözlə desək, Theads-in istifadəyə verildiyi həftənin sonundan sonra ona olan maraq getdikcə azalmağa başladı. Analitiklərin fikirlərinə əsasən ilk günlərdə yeni sosial şəbəkə ətrafında olmuş səs-küyə baxmayaraq Threads istifadəçilər arasında tələb olunan servisə çevrilmək üçün uzun və ciddi yol getməli olacaq. Meta şirkətinin dəstəyi və Instagram-la sıx inteqrasiya öz növbəsində Threads-ə vacib üstünlüklər qazandırır. Lakin şirkət yeni servisi daha geniş imkanlar və üstünlüklərlə təmin etməlidir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar