Threads-də paylaşımlar üzrə axtarış funksiyası istifadəyə verilib

Threads-də paylaşımlar üzrə axtarış funksiyası istifadəyə verilib

Sosial Media
08.09.2023 PAYLAŞIM

    Meta Platforms şirkətinin Threads servisi öz funksionallığını genişləndirməyə davam edir. Məlum olub ki, sözügedən servisdə paylaşımlar üzrə axtarış imkanı istifadəyə verilib. Meta-nın CEO-su Mark Zuckerberg bildirib ki, sözügedən funksiya tədricən ingilis və ispan dilli istifadəçilər arasında istifadəyə verilir. Qeyd etmək lazımdır ki, Threads-də paylaşımlar üzrə axtarış imkanının testinə hələ bir neçə müddət bundan öncə start verilmişdi.


    Yaxın zamanda sözügedən funksiya ABŞ və Böyük Britaniyada aktivləşdiriləcək və üstəlik Threads-in veb versiyasına da inteqrasiya ediləcək. Məlumatda qeyd edilib ki, Threads-də paylaşımlar üzrə axtarış funksiyası bir qədər qeyri-standart şəkildə reallaşdırılıb. Belə ki, servisin axtarış sətrində lazımi sorğunu qeyd edib axtarışa verən zaman ilk növbədə axtarış sorğusunun kriteriyalarına yaxın olan istifadəçilərin siyahısı ortaya çıxır. Həmin siyahının yuxarı hissəsində isə sorğunun paylaşımlar üzrə axtarış bölməsi yerləşir.



DAHA ÇOX


Whatsapp-da yaxın zamanda süni zəka funksiyaları istifadəyə veriləcək

Meta Connect tədbiri çərçivəsində Whatsapp tərtibatçıları yaxın zamanda messencerə əlavə ediləcək ye..


Whatsapp-a yeni vacib təhlükəsizlik funksiyası əlavə ediləcək

Whatsapp-ın 2.23.20.4 nömrəli yeni beta versiyasında yeni maraqlı funksiyanın testinə start verilib...


Instagram hesabını silmədən Threads-dəki hesabı silmək mümkün olacaq

Meta şirkəti Threads adlı yeni sosial şəbəkəsini istifadəyə verəndən sonra bir mövzu ilə bağlı istif..


Whatsapp yaxın zamanda bəzi köhnə smartfonlarda artıq çalışmayacaq

Whatsapp yaxın zamanda köhnə Android dəstəkli smartfonlarda artıq çalışmayacaq.


Whatsapp Business üçün iki yeni funksiya anons edilib

Whatsapp şirkətlərə və onların müştərilərinə bəzi prosesləri daha sürətli şəkildə yerinə yetirməyə i..


Youtube-da kontent yaradıcıları üçün daha çox süni zəka funksiyası istifadəyə ve..

Made on Youtube tədbiri çərçivəsində dünyanın ən məşhur videoservisi kontent yaradıcıları üçün bir n..

×