
Threads-də paylaşımlar üzrə axtarış funksiyası test edilir
Sosial Media
01.09.2023
Emil
Keçən həftə Meta şirkətinin Threads adlı servisinin veb versiyası istifadəyə verildi. İndi isə şirkət Threads daxilində istifadəçilər tərəfindən gözlənilən vacib funksiyanın testinə başlayıb. Söhbət, paylaşımlar üzrə axtarış funksiyasından gedir. Hal hazırda Threads-də axtarış yalnız istifadəçilərin adları üzrə aparılır. Lakin artıq yaxın zamanda sözügedən servisdə paylaşımlar üzrə axtarış imkanı da istifadəyə verilıəcək. Hal hazırda şirkət bu yeni funksiyanı Avstraliya və Yeni Zelandiyadakı istifadəçilər arasında test edir.
.jpg)
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
