
Threads-də paylaşımları xronoloji qaydada izləmək mümkün olacaq
Sosial Media
26.07.2023
Emil
Meta şirkəti özünün Threads adlı servisinə yeni funksiyaları əlavə etməyə davam edir. Verilmiş yeni məlumata əsasən şirkət Threads-ə vacib yeniliklərdən birini əlavə edib. Söhbət, Following Feed qovluğundan gedir. Bu qovluq istifadəçinin abunə olduğu şəxslərin paylaşımlarına xronoloji şəkildə baxmaq imkanını verir. Bir çoxlarının fikirlərinə əsasən bu, Threads-in Twitter ilə lazımi səviyyədə rəqabət aparması üçün vacib olan yeniliklərdən biridir. Məlumata əsasən Following Feed funksiyasını əldə etmək üçün Threads tətbiqini son versiyaya kimi yeniləməyə ehtiyac yoxdur. Sözügedən yeni funksiya tədricən istifadəyə verilir və müəyyən müddətdən sonra hamıda aktivləşəcək. Əlavə olaraq qeyd edilib ki, yaxın zamanda Threads həmçinin paylaşımların tərcümə edilməsi özəlliyini də əldə edəcək.
Paylaş
Bənzər xəbərlər