
Threads-də repost funksiyası istifadəyə verilib
Sosial Media
18.08.2023
Emil
Meta-nın Twitter analoqu olan Threads-də paylaşımların repost olunması funksiyası istifadəyə verilib. Instagram-ın rəhbəri Adam Mosseri-nin sözlərinə əsasən repost olunmuş paylaşımlar xronoloji səhifədə və repostlar üçün nəzərdə tutulmuş xüsusi qovluqda əks olunurlar. Threads-də repost funksiyasının istifadəyə verilmə vacibliyi açıq aydın görünür. Çünki bu funksiya demək olar hər bir sosial şəbəkədə mövcuddur. Threads-in mobil tətbiqində repost qovluğu hələ aktiv deyil. Lakin yaxın günlərdə həmin qovluq da istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, Meta hal hazırda Threads-in veb versiyası üzərində də çalışır. Veb versiyanın yaxın aylar ərzində istifadəyə veriləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər