
Threads-də sorğu məqsədli paylaşımlar etmək mümkün olacaq
Sosial Media
27.10.2023
Emil
Meta şirkəti özünün X (keçmiş Twitter) analoqu olan Threads-ə yeni funksiyaların əlavə edilməsinə davam edir. Məlum olub ki, yaxın gələcəkdə Threads-dəki paylaşımların yaradılması panelinə sorğuların və GIF faylların əlavə edilməsi imkanları istifadəyə veriləcək. Instagram-ın rəhbəri Adam Mosseri isə öz növbəsində qeyd edib ki, Threads-də hal hazırda paylaşımlara baxış sayını əks etdirən sayğac və hesablarda paylaşımların yuxarı hissəyə bərkidilməsi funksiyaları test edilir. Təqdim edilmiş fotolardan da görmək olar ki, Threads-də yaxın zamanda səsvermə xarakterli və animasiyalı paylaşımlar etmək mümkün olacaq.


Paylaş
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
