
Threads-ə paylaşımların redaktə edilməsi funksiyası əlavə edilib
Sosial Media
16.10.2023
Emil
Meta şirkətinin CEO-su Mark Zuckerberg, şirkətin X (keçmiş Twitter) analoqu olan Threads-ə paylaşımların redaktə edilməsi funksiyasının əlavə edildiyini anons edib. İstifadəçilər öz paylaşımlarını paylaşdıqdan sonrakı 5 dəqiqə ərzində bu funksiya sayəsində onları redaktə edə biləcəklər. Qeyd etmək lazımdır ki, X-də paylaşımların redaktə edilməsi funksiyası yalnız aylıq abunəliyə qoşulmuş istifadəçilər üçün aktivdir. Threads-də isə sözügedən funksiya hamı üçün aktiv olacaq.


Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
