Logo
    main-post-cover

    Threads-ə yaxın zamanda hansı funksiyaların əlavə ediləcəyi məlum olub

        Meta şirkəti özünün Twitter analoqu olan Threads-in istifadəyə verilməsinə o qədər tələsib ki, görünür, onda baza funksiyaları reallaşdırmağı unudub. Bununla belə əgər istifadəçi sözügedən servisdən istifadə təcrübəsini bəyənməsə o, Instagram hesabını silməmiş Threads hesabını silə bilməyəcək. Instagram-ın rəhbəri Adam Mosseri-nin sözlərinə əsasən Threads istifadəçiləri üçün yaxın zamanda yeni funksiyalar istifadəyə veriləcək. İstifadəçilər müəyyən funksiyaları tələb edirlər və görünür, yaxın zamanda yeni servisə əlavə ediləcək funksiyalar aşağıdakılar olacaq.
    - Paylaşımların redaktə edilməsi
    - Hashtag-lər
    - İstifadəçi hesabları arasında keçid imkanı (çoxlu sayda istifadəçi hesabının dəstəyi)
    - Servisin ana səhifəsində yalnız abunə olunmuş şəxslərin paylaşımlarını görmək imkanı
    - Daha rahat axtarış imkanı (həmçinin thread-lər üzrə axtarış)
    - Servisə “In Trend” bölməsinin əlavə edilməsi
    - Servisin veb versiyasının istifadəyə verilməsi
    - GIF-lərin əlavə edilməsi
    - Foto və videolarda istifadəçilərinin işarələnməsi imkanı
    - Thread-lərin ana səhifənin yuxarı hissəsinə bərkidilməsi
    - Tətbiq daxilində kontentlərin tərcüməsi imkanı
    - Thread-lərə Instagram-dakı postları yerləşdirmək imkanı.
        Adam Mosseri yeni funksiyaların inteqrasiyası müddəti ilə bağlı heç bir məlumat verməyib. Buna görə də bu funksiyaların Threads-də nə zaman istifadəyə veriləcəyi bilinmir. Maraqlısı ondadır ki, sadalanmış bütün bu funksiyalar artıq Twitter-də mövcuddur.
    Paylaş
    Bənzər xəbərlər