Logo
    Threads hesabının silinməsi ilə bağlı vacib funksiya istifadəyə verilib

    Threads hesabının silinməsi ilə bağlı vacib funksiya istifadəyə verilib

    Sosial Media
    16.11.2023
         Meta şirkətinin tərtibatçıları X-in (keçmiş Twitter) analoqu olan Threads-i təkmilləşdirməyə davam edirlər. Bu dəfə Threads-ə istifadəçilər tərəfindən çoxdan gözlənilən funksiya əlavə edilib. Söhbət, Instagram hesabını silmədən Threads hesabının silinməsi funksiyasından gedir. Instagram-ın rəhbəri Adam Mosseri-nin sözlərinə əsasən bu funksiya Threads-də profilin silinməsi və ya deaktiv edilməsi bölməsinə inteqrasiya edilib. Funksiya tədricən Threads istifadəçiləri arasında istifadəyə verilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...