
Threads-in gündəlik istifadəçi kütləsi 100 milyonu ötür
Sosial Media
18.12.2024
Emil
Meta şirkəti keçən ilin yay fəslində Threads adlı yeni sosial şəbəkəni istifadəyə vermişdi. Bu, faktiki olaraq X-in (keçmiş Twitter) analoqu hesab edilirdi. İndi isə Meta şirkətinin CEO-su Mark Zuckerberg ilk dəfə olaraq Threads-in gündəlik istifadəçi kütləsinin nə qədər təşkil etdiyini açıqlayıb. Beləliklə Zuckerberg-in sözlərinə əsasən Threads-in gündəlik istifadəçi kütləsi 100 milyonu ötür. Sosial şəbəkənin aylıq istifadəçi kütləsi isə 300 milyon təşkil edir.
Qeyd etmək lazımdır ki, son zamanlarda baş vermiş siyasi hadisələr səbəbilə insanların əksəriyyəti X-dən Threads-ə və ya keçmiş Twitter-in yaradıcısı Jack Dorsey-nin Bluesky adlı sosial şəbəkəsinə keçid edirlər. Məhz bu səbəbdən də Threads-in statistik göstəriciləri bir xeyli artıb. Son məlumatlara əsasən Bluesky-da artıq 25 milyon istifadəçi qeydiyyatdan keçib. Sentyabr ayında bu göstərici 10 milyon təşkil edirdi. Meta şirkəti öz növbəsində Threads-ə yeni funksiyalar əlavə edərək və onun interfeysində dəyişikliklər edərək bu sosial platformanı inkişaf etdirir.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
