
Threads-in istifadəyə verilməsindən sonra Twitter-in trafiki aşağı düşüb
Sosial Media
11.07.2023
Emil
Meta şirkəti özünün yeni servisi olan Threads-i istifadəyə verəndən sonra Twitter-in trafiki aşağı düşüb. Qeyd etmək lazımdır ki, artıq dünən məlum oldu ki, Threads-in istifadəçi kütləsi 100 milyona çatıb. Threads 6 iyul tarixində istifadəyə verilmişdi. Sözügedən yeni sosial şəbəkədən istifadə etmək üçün sadəcə Instagram hesabına sahib olmaq lazımdır. Instagram-ın rəhbəri Adam Mosseri bu yeni sosial şəbəkəni cəmiyyət üçün nəzərdə tutulmuş daha pozitiv platforma hesab edir.
CloudFlare şirkətinin CEO-su Matthew Prince tərəfindən verilmiş məlumata əsasən Twitter-in trafiki öz növbəsində aşağı düşməyə davam edir. Veb analitika üzrə fəaliyyət göstərən Similarweb-in verdiyi məlumata əsasən isə Threads-in istifadəyə verilməsindən sonra ilk 2 gün ərzində Twitter-in trafiki 5% aşağı düşüb. 2022-ci ilin eyni günləri ilə müqayisədə isə Twitter-in trafiki 11% aşağı düşüb. İstifadəçi kütləsinin artması tempinə görə Threads hətta ChatGPT-ni də geridə qoyub. Belə ki, 100 milyonluq istifadəçi kütləsinə sahib olmaq üçün süni zəka əsaslı çat-bota 2 ay vaxt lazım idi. Threads isə bu nailiyyətə 5 gün ərzində çatıb.
Paylaş
Bənzər xəbərlər