
Threads istifadəçilərinin yarısı servisdən istifadəni dayandırıb
Sosial Media
31.07.2023
Emil
Meta-nın yeni servisi olan Threads-də qeydiyyatdan keçmiş istifadəçilərin yarısı ondan istifadəni dayandırıb. Məhz bu səbəbdən də Mark Zuckerberg istifadəçilərin yenidən Threads-ə qayıtmaları üçün yeni üsulların axtarışındadır. Threads-in istifadəçi kütləsinin yarısının yeni servisdən istifadəni dayandırması barəsində məlumatı Zuckerberg özü verib. Hələ keçən həftə məlum olmuşdu ki, Threads-də aktivlik servisin ilk çalışma günlərindəki aktivliklə müqayisədə bir xeyli aşağı düşüb. Hətta Meta şirkəti bunu normal hal kimi qəbul etmişdi. Qeyd etmək lazımdır ki, Threads-in istifadəyə verilməsindən sonra ilk 5 gün ərzində servisin istifadəçi kütləsi 100 milyon insanı keçmişdi.
Hələ bir neçə müddət bundan öncə Instagram-ın rəhbəri Adam Mosseri bildirmişdi ki, şirkət tərtibatçıları Threads üçün nəzərdə tutulmuş yeni funksiyalar üzərində çalışırlar. Şirkət hazırlanan yeni funksiyalar vasitəsilə istifadəçilərin diqqətlərini yenidən Threads-ə tərəf yönəltməyə çalışır. Threads-in bir neçə gün ərzində öz istifadəçi kütləsini sürətlə artırmasına baxmayaraq hal hazırda istifadəçilərini itirməsi sosial platformalar sahəsindəki yüksək səviyyəli rəqabətdən xəbər verir. Threads-in yeni funksiyalar əldə etməsi və Instagram ilə sıx əlaqəsini genişləndirməsi prosesi çərçivəsində onun artıq qeydiyyatdan keçmiş istifadəçiləri geri qaytara bilib-bilməyəcəyi zamanla məlum olacaq.
Paylaş
Bənzər xəbərlər