
Threads üçün böyük yenilənmə gəlir
Sosial Media
18.07.2023
Meta şirkəti özünün Twitter analoqu olan Threads-i istifadəyə verdikdən 2 həftə sonra onun üçün böyük yenilənmənin təqdim olunmasına hazırlaşır. Business Insider isə öz növbəsində Threads-ə yaxın zamanda böyük yenilənmə çərçivəsində əlavə ediləcək yeni funksiyalar barəsində məlumat verib. Beləliklə verilmiş məlumata əsasən yeni sosial şəbəkəyə yaxın zamanda özəl mesajlar imkanı əlavə ediləcək. Halbu ki, Instagram-ın rəhbəri Adam Mosseri daha öncə qeyd etmişdi ki, Threads özəl mesajlar bölməsini əldə etməyəcək. Bununla yanaçı Threads-də mövzular və trendlər bölmələrinin, o cümlədən yaxşılaşdırılmış axtarış sisteminin istifadəyə veriləcəyi gözlənilir. Bütün bu yeniliklərin dəqiq şəkildə nə zaman istifadəyə veriləcəkləri bilinməsə də, bu, yaxın zamanda baş tutmalıdır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...