Logo
    main-post-cover

    Threads üçün yeni funksiyalar anons edilib

    Sosial Media
    11.08.2023
        Instagram-ın rəhbi Adam Mosseri Threads üçün yeni funksiyaları anons edib. Meta şirkəti tərəfindən istifadəyə verilmiş Threads servisi son həftələrdə aktiv şəkildə yenilənir. Anons edilmiş yeni funksiyalardan biri Threads paylaşımları ilə bağlıdır. Bundan sonra istifadəçilər Threads paylaşımlarını Instagram-da özəl mesajlar vasitəsilə digərlərinə göndərə biləcəklər.
        Digər bir yenilik isə foto və videoların servisə yüklənmələrindən öncə onların təsvirlərinə mətnlərin əlavə edilməsi və ya edilmiş mətnin redaktə edilməsi ilə baölıdır. Paylaşımlarda digər istifadəçiləri tag etmə prosesini daha rahat etmək üçün servisə ayrıca tag düyməsi əlavə edilib. Bütün bu funksiyalar Threads-in aşağı düşmüş aktivliyinin yenidən yüksəlməsinə hədəflənib. Qeyd etmək lazımdır ki, yaxın zamanda Threads-in həmçinin veb versiyası da istifadəyə verilməlidir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Threads üçün yeni funksiyalar anons edilib | Technote