Logo
    main-post-cover

    Threads üçün yeni funksiyalar rəsmi şəkildə anons edilib

    Sosial Media
    19.07.2023
        Meta şirkəti Threads servisi üçün ilk yenilənməni anons edib. Anons edilmiş yenilənmə ilə sosial şəbəkənin əldə etmiş olduğu ilk yeniliklərdən biri Follow bölməsi olub. Lakin bu bölmə istifadəçinin abnunə olduğu şəxslərin paylaşımlarını görmək üçün nəzərdə tutulmayıb. Follow bölməsi istifadəçiyə son abunə olan şəxslərin siyahısını əks etdirir. Threads-ə həmçinin paylaşımların tərcümə edilməsi imkanı əlavə edilib.
        Sosial şəbəkədə istifadəyə verilmiş digər bir yenilik isə sitat və repost filtrləri olub. İstifadəçi bu filtrlərdən istifadə edərək son abunə olmuş şəxsləri onun paylaşımlarını repost etmişlərə və ona sitat vermiş şəxslərə ayıra biləcək. Bununla yanaşı istifadəçinin abunə olmadığı şəxslərin paylaşımlar etdikləri zaman bu barədə bildirişlərin əldə edilməsi imkanı reallaşdırılıb. Bu yeni funksiyalar tədricən istifadəyə verilir və bəziləri üçün hələ də aktiv olmaya bilərlər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Threads üçün yeni funksiyalar rəsmi şəkildə anons edilib | Technote