
TikTok-a qrup çatlarının yaradılması funksiyası əlavə edilib
Sosial Media
13.08.2024
Emil
TikTok mesajlaşma bölməsinə yeni imkanlar əlavə etməklə öz platformasının funksionallığını genişləndirir. Belə ki, bundan sonra istifadəçilər TikTok-un mesajlaşma bölməsində 32 nəfərdən təşkil edilmiş qrup çatlarını yarada bilərlər. Yaradılmış qrup çatında real zaman ərzində videolar paylaşmaq və onlara rəy bildirmək mümkündür. Lakin TikTok daxilindəki qrup çatları ilə bağlı bir nüans var.
Belə ki, platformanın 13 yaşdan 15 yaşına kimi olan istifadəçiləri üçün bu imkan aktiv deyil. 16-17 yaşlı istifadəçilər üçün isə qrup çatlarında bəzi məhdudiyyətlər nəzərdə tutulub. Məsələn yeniyetmə istifadəçi qrup çatlarına yalnız o halda qoşula bilər ki, həmin çatlarda onun minimum 1 nəfər ortaq dostu olsun. Bundan əlavə olaraq TikTok özəl mesajlarda stikerlərdən istifadə imkanını da reallaşdırıb. İstifadəçilər bu halda artıq hazır stikerlərdən istifadə edə və ya öz stikerlərini yaradaraq platformaya yükləyə bilərlər.
Paylaş
Bənzər xəbərlər

Digər
Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!
Google və Meta sosial media platformaları, YouTube və Instagram vasitəsilə uşaqları hədəfə alıb. Reklam siyasətləri ilə uşaqları cinsiyyətçi reklamlara məruz qoyan şirkətlər, ortaqlıqları üzə çıxdıqdan sonra planlarından əl çəkiblər.

Süni İntellekt
TikTok-un sahibi ByteDance, Jimeng AI adlı öz video süni intellekt alətini təqdim edib!
Xüsusilə Çin şirkətləri tərəfindən hazırlanmış video süni intellekt proqramları, getdikcə populyarlaşmağa başlayır. İndi isə Tiktok şirkətinin sahibi olan ByteDance, Jimeng AI adlı öz mətndən videoya süni intellekt tətbiqini təqdim edib.

Sosial Media
TikTok uşaqların konfidensiallıqlarının pozulmasında günahlandırılır
ABŞ Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış yeni məhkəmə iddiasında TikTok servisi və onun sahibi olan ByteDance şirkəti “İnternetdə uşaqların konfidensiallıqlarının qorunması qanunu”nu (COPPA) pozmaqda günahlandırılırlar.

Digər
Çində 57 TikTok işçisi xəstəxanaya yerləşdirilib!
TikTok-un Çində yerləşən ana şirkəti ByteDance-in Sinqapur ofisində böyük qida zəhərlənməsi qalmaqalı yaşanıb. Çərşənbə axşamı baş verən hadisədə 60 nəfərin qastroenterit əlamətləri ilə xəstəxanaya yerləşdirildiyi və onlardan 57-sinin müalicə olunduğu bildirilir.

Sosial Media
TikTok-da Shazam tərzində mahnı axtarmaq funksiyası test edilir
TikTok yeni funksiyanın testinə start verib. Yeni funksiya Sound Search adlanır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
