Logo
    main-post-cover

    TikTok ABŞ-də texniki problem ilə üzləşib

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, ABŞ versiyası olan TikTok bir daha texniki problemlərlə üzləşib. Bu dəfə nasazlığın səbəbi Oracle şirkətinin Virciniya ştatının Aşbern şəhərində yerləşən məlumat mərkəzində baş verən kəsintidir. Xidmət pozuntusu çərşənbə axşamı günorta saatlarında başlayıb və Şərq vaxtı ilə saat 13:00 radələrində istifadəçi şikayətləri kəskin artıb.
    Oracle TikTok's 'Technology Provider'
        TikTok-un ABŞ-dəki strukturu olan TikTok USDS sosial şəbəkə platforması X üzərindən açıqlama yayaraq bildirib ki, ABŞ istifadəçiləri Oracle problemi aradan qaldırana qədər məzmun paylaşımında gecikmələr hiss edə bilərlər. Bu, son bir ayda ikinci oxşar hadisədir. Fevral ayında da ABŞ-da TikTok xidmətində fasilə yaranmışdı. Həmin vaxt problem Oracle məlumat mərkəzində baş verən elektrik kəsintisi ilə əlaqələndirilmişdi. Qeyd edək ki, yanvar ayında əldə olunan razılaşmadan sonra TikTok-un ABŞ əməliyyatlarına nəzarət dəyişdirilmişdi. Platformanın əsas sahibi olan Çinin ByteDance şirkətindən payın böyük hissəsi ayrılaraq yeni birgə müəssisəyə verilmişdi və bu qurumun tərəfdaşlarından biri də Oracle şirkətidir.
    Paylaş