main-post-cover

    TikTok, Android-də 1 milyard yükləmə limitini keçdi

    Sosial Media
    13.04.2020
    Nijat Hamid
            Artıq sosial media nəhənglərindən hesab olunan TikTok yüklənmə sayı olaraq ciddi rəqəmləri keçdi. Covid-19 koronavirus pandemiyası səbəbilə insanların karantin zamanlarında sıxıldıqlarını nəzərə alsaq bu xəbər normal səslənə bilər. Çin'in paytaxtı olan Beijing mərkəzli ByteDance şirkəti tərəfindən 2016-cı ildə istifadəçilərə təqdim olunan tətbiq bu gün ən çox yüklənən 2-ci tətbiq ünvanını aldı.

    TikTok, Android-də Play Store üzərindən ən çox yüklənən 2-ci tətbiq oldu. Yükləmə sayı olaraq 1 milyardı keçdi.

            Lakin rəqəmlər sizi aldatmasın. Bu rəqəmlər sadəcə yükləmə sayına aiddir. Qeyd edək ki, hal-hazırda Android-də ən çox istifadə edilən tətbiq isə hələ də WhatsApp-dır. Belə görünür ki, hələ uzun müddət WhatsAppAndroid-dəki taxtına heç bir tətbiq yerləşə bilməyəcək. Həmçinin verilən məlumatlara əsasən TİkTok istifadəçilərinin 78%-i Çinlilərdir. Bir digər verə biləcəyimiz məlumat isə internet trafikinə çox yük altına saldığı üçün Avropada 30 gün ərzində TikTok videoları HD olaraq göstərilməyəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər