Logo
    main-post-cover

    TikTok Böyük Britaniyada reklamsız abunə sistemini işə salır

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, TikTok Böyük Britaniyada reklamsız abunə paketini istifadəyə verir. Yeni “TikTok Ad-Free” adlı paket sayəsində istifadəçilər aylıq ödəniş qarşılığında platformadan tamamilə reklamsız istifadə edə biləcəklər. Şirkətin açıqlamasına görə, bu xidmət aylıq 3,99 funt sterlinqə başa gələcək və istifadəçilərin əsas TikTok təcrübəsində başqa heç bir dəyişiklik olmayacaq.
    Who owns TikTok now and how could it change for US users? - BBC News
        TikTok bildirib ki, reklamsız paketə abunə olan istifadəçilər əvvəlki kimi eyni videoları, yaradıcıları və funksiyaları görəcəklər. Sadəcə olaraq platformada reklamlar göstərilməyəcək. Reklamlı pulsuz versiyadan istifadə edənlər isə indiyə qədər olduğu kimi fərdiləşdirilmiş reklamlarla qarşılaşacaqlar.
        Şirkət əlavə edib ki, “TikTok Ad-Free” paketinə keçən istifadəçilərin məlumatları reklam məqsədilə istifadə olunmayacaq. Bu isə məxfilik mövzusuna həssas yanaşan istifadəçilər üçün əlavə üstünlük hesab edilir. Pulsuz versiyada isə istifadəçilərin maraq dairəsinə uyğun reklamların göstərilməsi üçün müəyyən məlumatlar toplanmağa davam edəcək. Yeni funksiyanın yaxın aylarda mərhələli şəkildə Böyük Britaniyada 18 yaşdan yuxarı istifadəçilərə təqdim ediləcəyi açıqlanıb.
     
    Paylaş