TikTok canlı podkast seriyasına start verib
Sosial Media
11.12.2025
Sevinc
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, TikTok musiqi və yaradıcı kontent sahəsində mövqeyini gücləndirmək üçün yeni canlı podkast seriyasına başlayır. "TikTok In The Mix" adlanan layihə haqqında məlumatı Variety yayıb. İlk buraxılış dekabrın 11-də olacaq və ilk qonaq məşhur müğənni Demi Lovato olacaq. Dörd buraxılışdan ibarət olan podkast seriyası hər biri 30 dəqiqə davam edən canlı söhbətlərdən ibarətdir və birbaşa TikTok-un rəsmi hesabında yayımlanacaq. Layihənin istehsal və sponsorluğunu T-Mobile həyata keçirir.
Demi Lovatonun iştirakı ilə olan buraxılışa Trackstar-ın qurucusu Jack Coyne aparıcılıq edəcək. Söhbətdə Lovatonun son albomu olan It's Not That Deep-in hazırlanma prosesi müzakirə olunacaq. Verilişdə həmçinin “Booth of Truth” adlı xüsusi hissə yer alacaq. Burada müğənni bəzi mahnı sözlərinin arxasındakı mənaları izah edəcək. Eyni zamanda Zara Larsson-la mümkün əməkdaşlıq barədə yayılan iddialara da aydınlıq gətiriləcəyi bildirilir.
Paylaş