main-post-cover

    TikTok-da 15 dəqiqəlik videoların yüklənməsi funksiyası test edilir

    Sosial Media
    24.10.2023
    Emil Nəcəfov
         Ortaya çıxmış məlumata əsasən TikTok-da 15 dəqiqəlik videoların yüklənməsi funksiyası test edilir. TikTok təmsilçilərindən biri artıq bu məlumatı təsdiqləyib. Məlumatda qeyd edilib ki, 15 dəqiqəlik videoların yüklənməsi imkanı müəyyən regionlarda məhdud sayda istifadəçi arasında test edilir. Qeyd etmək lazımdır ki, hal hazırda TikTok-a maksimum 10 dəqiqəlik xronometraja sahib videoları yükləmək mümkündür. Əgər videonun xronometrajı 10 dəqiqədən çoxdursa, o, TikTok-a hissə-hissə yerləşdirilir. Platformaya yüklənən videoların xronometrajlarının artırılması öz növbəsində ona Youtube ilə daha yaxşı rəqabət aparmağa imkan verəcək. Bununla yanaşı məlumata əsasən TikTok-da tam ekranlı üfüqi videoların yüklənməsi funksiyası da test edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər