main-post-cover

    TikTok-da canlı yayımları 16 yaşdan yuxarı istifadəçilər edə biləcəklər

    Sosial Media
    18.10.2022
    Farid Pardashunas
        Qısa videolar üzrə məşhur platforma olan TikTok yaxın zamanda istifadəyə veriləcək yeniliklər barəsində məlumat verib. Reallaşdırılacaq yeniliklər TikTok-dakı yaş məhdudiyyətləri ilə bağlı olacaq. Söhbət, daha yuxarı yaş kateqoriyalı izləyicilər üçün canlı yayımları və streamingləri reallaşdıran istifadəçilərin yaşlarına dair olacaq daha ciddi tələbdən gedir. Hal hazırda 16 yaşdan yuxarı olan və minimum 1000 nəfər abunəçiyə sahib istənilən TikTok istifadəçisi canlı yayımlar keçirdə bilər. Lakin 23 noyabr tarixindən başlayaraq canlı yayımları keçirtmək imkanı yalnız 18 yaşından başlayan istifadəçilər üçün aktiv olacaq.
        Bundan əlavə olaraq canlı yayımları reallaşdıran istifadəçilər öz kontentlərini daha yuxarı yaş kateqoriyasına aid olan izləyicilərə istiqamətləndirə biləcəklər. Hal hazırda canlı yayımlar TikTok daxilindəki For You bölməsində təqdim olunur. Canlı yayımların müəllifləri öz canlı yayımlarını xüsusi qeydlər ilə işarələyə biləcəklər. Bu üsul ilə onlar yaratdıqları kontentin daha yuxarı yaş kateqoriyasına aid olan izləyicilər üçün nəzərdə tutulduğunu əks etdirə biləcəklər. Bundan əlavə olaraq TikTok canlı yayımlar keçirən kontent müəllifləri üçün yeni funksiyalar anons edib. Belə ki, bundan sonra kontent müəllifləri öz canlı yayımlarına 5 qonaq istifadəçini əlavə edə və bu halda müxtəlif effektlərdən istifadə edə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər