main-post-cover

    TikTok-da mətnli təsvir vasitəsilə fotolar yarada bilən süni zəka alqoritmi istifadəyə verilib

    Sosial Media
    17.08.2022
    Emil Nəcəfov
        Mətnli təsvir əsasında süni zəka üzərindən müxtəlif fotolar generasiya etməyi bacaran sistemlər getdikcə daha çox məşhurluq qazanırlar. Buna sübut olaraq bu cür sistemin məşhur TikTok platformasında istifadəyə verilməsini gətirmək olar. Bir neçə müddət bundan öncə TikTok-da AI Greenscreen adlı yeni funksiya stifadəyə verildi. Bu funksiya ilə qarşılıqlı əlaqə çərçivəsində istifadəçi istədiyi fotonun əldə edilməsi üçün onun təsvirini mətn formatında daxil edir. Daha sonra süni zəka alqoritmi daxil edilmiş mətn əsasında gözlənilən fotonu yaradır. İstifadəçi isə öz növbəsində süni zəka alqoritmi tərəfindən generasiya edilmiş fotonu öz videoları üçün arxa fon kimi istifadə edə bilər.
        Qeyd etmək lazımdır ki, TikTok-un bu süni zəka alqoritmi öz imkanları baxımından Google şirkətinin Imagine və ya OpenAI təşkilatının DALL-E 2 adlı alqoritmlərindən çox geridə qalır. TikTok istifadəçiləri üçün istifadəyə verilmiş sözügedən süni zəka alqoritmi yalnız abstrakt və məlum olmayan obrazları yarada bilir. Bu isə o deməkdir ki, bu alqoritm vasitəsilə real görünən fotoları və qəliz təsvirləri yaratmaq mümkün deyil. AI Greenscreen funksiyasının imkanları bilərəkdən məhdudlaşdırılmış ola bilər. Belə ki, realistik görünən fotoların yaradılması üçün süni zəka alqoritminə yüksək hesablama gücü lazımdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər