main-post-cover

    TikTok-da ödənişli abunəlik test olunur

    Sosial Media
    03.10.2023
    Emil Nəcəfov
        TikTok-un son versiyasında platformanın ödənişli abunəliyi test etdiyinə dair izlər aşkar edilib. TikTok daxilində ödənişli abunəliyə keçid edəcək istifadəçilərə reklam elanları sərgilənməyəcək. TikTok ödənişli abunəliyə sahib ilk sosial platforma olmayacaq. Bu cür özəllik artıq X-də (keçmiş Twitter) və Snapchat-də mövcuddur. TikTok-un son versiyasında ödənişli abunəliyin testinə işarə edən kod sətirləri aşkar edilib.
        Təqdim olunmuş fotoya əsasən TikTok-dan istifadə iki versiyada təklif ediləcək. Standart versiya pulsuz olaraq qalacaq, lakin özündə hədəflənmiş reklamları birləşdirəcək. Ad-free adlı versiya isə heç bir reklama sahib olmayacaq və ondan aylıq istifadə haqqı 4.99$ təşkil edəcək. TikTok bu mövzu ilə bağlı hələ rəsmi bir açıqlama verməyib. Çox güman ki, TikTok-un ödənişli abunəliyə sahib versiyasının testində məhdud sayda istifadəçi iştirak edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər