main-post-cover

    TikTok-da Shazam tərzində mahnı axtarmaq funksiyası test edilir

    Sosial Media
    29.07.2024
    Emil Nəcəfov
         TikTok yeni funksiyanın testinə start verib. Yeni funksiya Sound Search adlanır. Bu funksiya istifadəçilərə mahnıların axtarılıb tapılmasında yardımçı olur. Bununla belə proses həm istifadəçinin mahnını oxuması şəklində həm də mahnının tətbiq daxilində işə salınması şəklində reallaşdırıla bilər. Sözügedən yeni funksiya hal-hazırda məhdud sayda TikTok istifadəçisi arasında test edilir.
         Sound Search funksiyasını tətbiq daxilindəki axtarış panelində əks olunan mikrofon düyməsinə klikləyərək aktivləşdirmək olar. Məlumata əsasən ilkin testlərdə bu yeni funksiya məşhur mahnıların tapılmasında yaxşı nəticələr sərgiləyib. Lakin o qədər də məşhur olmayan mahnıların tapılması məsələsində bəzi problemlər yaşana bilər. Lazımi mahnının tapılmasından sonra istifadəçi onunla bağlı olan videonu və ya onun remiks versiyalarını əldə edir. Funksiyanın kütləvi şəkildə nə zaman istifadəyə veriləcəyi hələ bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    TikTok, Instagram rəqibi tətbiqini səssizcə təqdim edib!
    tiktok-instagram-reqibi-tetbiqini-sessizce-teqdim-edib
    Bir mesajla TikTok hesabının oğurlanması təhlükəsi ortaya çıxıb
    bir-mesajla-tiktok-hesabinin-ogurlanmasi-tehlukesi-ortaya-cixib
    Donald Trump, bağlatmaq üçün əlindən gələni etdiyi TikTok-da hesab açıb!
    donald-trump-baglatmaq-ucun-elinden-geleni-etdiyi-tiktok-da-hesab-acib
    TikTok kontent yaradıcıları üçün yeni tətbiqini istifadəyə verib
    tiktok-kontent-yaradicilari-ucun-yeni-tetbiqini-istifadeye-verib
    Cybertruck-ın off-road testləri sosial mediada müzakirələrə səbəb olub! (VİDEO)
    cybertruck-in-off-road-testleri-sosial-mediada-muzakireye-sebeb-olub-video