Logo
    TikTok-da texniki nasazlıq: 25 minə yaxın bildiriş qeydə alınıb

    TikTok-da texniki nasazlıq: 25 minə yaxın bildiriş qeydə alınıb

    Sosial Media
    25.11.2026
        “TikTok”da noyabrın 24-də yaranan texniki nasazlıq platformanın bir neçə funksiyasına təsir edib. İstifadəçilər videolara və axtarış nəticələrinə baxmaqda çətinlik çəkiblər. Sevimlilər siyahısına əlavə etdikləri paylaşımlar da yüklənməyib. Bundan əvvəl də son bir neçə həftədə platformanın işində bir neçə dəfə fasilə yaranmışdı.
        Problem həm mobil tətbiqdə, həm də saytda yaşanıb. “iPhone”da tövsiyə olunan videoların bəziləri açılmayıb. Axtarış nəticələri “iOS” və “Android” tətbiqlərində, eləcə də saytda bəzən görünməyib. Profilə baxmaq istəyənlər boş səhifə ilə qarşılaşıblar, videolara aparan keçidlər də işləməyib.
        Noyabrın 24-də çox sayda istifadəçi sosial şəbəkələrdə “TikTok”un işləmədiyini yazıb. Həmin gün Bakı vaxtı ilə təxminən saat 23:56-da “Downdetector” 25 minə yaxın nasazlıq bildirişi qeydə alıb. Noyabrın 25-də təxminən saat 00:45-də platformanın funksiyaları yenidən normal işləməyə başlayıb.
        “TikTok”un sözçüsü Jessica Casano-Antonellis deyib ki, platformaya girişdəki çətinliyə qısamüddətli texniki nasazlıq səbəb olub. O, problemin aradan qaldırıldığını təsdiqləyib, narahatlığa görə istifadəçilərdən üzr istəyib və səbir göstərdikləri üçün onlara təşəkkür edib.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...