TikTok ekran vaxtını məhdudlaşdıranlara xüsusi badge sistemi təqdim edir
Sosial Media
19.11.2025
Sevinc
TikTok istifadəçilərinin psixi sağlamlığını yaxşılaşdırmağa yönəlmiş yeni rəqəmsal rifah funksiyalarını istifadəyə verir. Şirkət bildirib ki, bundan sonra platformadakı istifadəsini nəzarətdə saxlayanlara xüsusi nişanlar (badge) təqdim olunacaq.
Platforma ekran vaxtı idarəetmə səhifəsini yenidən dizayn edir və ora yeni funksiyalar əlavə edir. Bunlara 120-dən çox pozitiv qeydlərdən ibarət “affirmation journal”, yağış və ya okean səsi kimi sakitləşdirici səslər təqdim edən xüsusi səs generatoru və nəfəs məşqləri modulu daxildir.
Bu nişanları qazanmaq üçün istifadəçilər müxtəlif “missiyaları” yerinə yetirməlidir. Məsələn, gecə saatlarında tətbiqdən uzaq durmaqla “yuxu saatları” missiyasını, eləcə də meditasiya vasitələrindən istifadə etməklə başqa bir missiyanı tamamlamaq mümkündür. TikTok həmçinin gündəlik ekran vaxtı limiti təyin edib ona riayət edənləri, həftəlik ekran vaxtı hesabatına baxanları və başqalarını bu missiyalara qoşulmağa dəvət edənləri də nişanlarla mükafatlandıracaq.
Paylaş