Logo
    main-post-cover

    TikTok əməkdaşları ABŞ dövlət sərhədində ciddi yoxlanışa məruz qalıblar

    Sosial Media
    03.05.2024
    Farid
         ABŞ hökumətinin TikTok-a qarşı olan təzyiqinin fonunda bu məşhur sosial platformanın əməkdaşları ABŞ dövlət sərhədində ciddi yoxlanışa məruz qalıblar. Verilmiş məlumata əsasən TikTok-un 30 nəfər əməkdaşı ABŞ sərhədində saxlanılıb və daha sonra Gömrük və Sərhəd Nəzarətinin agentləri tərəfindən sorğu-suala məruz qalıblar. Sorğu-sualda iştirak etmiş TikTok əməkdaşlarının əksəriyyəti Çin vətəndaşı olublar. Onlar TikTok-un və ByteDance şirkətinin məlumatların emalı, machine learning və texnoloji şöbələrində çalışırlar.
         Aparılmış sorğu-sual çərçivəsində sərhəd xidməti əməkdaşları sosial platformanın işçilərindən TikTok və ByteDance arasındakı əlaqə və şirkətin amerikalı TikTok istifadəçilərinin konfidensiallıqlarının qorunması üçün göstərdiyi səylər barəsində maraqlanıblar. Bununla yanaşı TikTok əməkdaşlarına şəxsi mövzular ilə bağlı suallar da verilib. Buna misal olaraq Çin Kommunist Partiyasına üzvlük, təhsil və siyasi əlaqələri gətirmək olar. TikTok əməkdaşlarının ABŞ sərhədində saxlanılaraq sorğu-suala məruz qalmaları ABŞ hökuməti daxilində TikTok və onun sahibi olan ByteDance şirkəti barəsində narahatçılığın nə dərəcədə artmasını sərgiləyir. ABŞ hökumətini narahat edən əsas mövzulardan biri amerikalı TikTok istifadəçilərinin məlumatlarının təhlükəsizlikləri və konfidensiallıqlarıdır.
         TikTok-un öz amerikalı istifadəçilərinin məlumatlarının etibarlı şəkildə qorunması bəyanatlarına baxmayaraq ABŞ hökuməti narahatdır ki, şirkət əməkdaşları həmin məlumatları əldə edə və ya Çin hökuməti ByteDance şirkətini sözügedən məlumatları təqdim etməyə məcbur edə bilər. Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Joe Biden tərəfindən keçən həftə imzalanmış yeni qanun layihəsinə əsasən ByteDance şirkəti 270 gün ərzində TikTok-u satmalıdır. Əks halda bu sosial platforma ABŞ ərazisində bloklanacaq.
    Paylaş