main-post-cover

    TikTok ən çox yüklənmiş tətbiqlər reytinqində yenidən birinci yeri tutub

    Sosial Media
    11.08.2020
    Farid Pardashunas
        Sensor Tower analitik şirkəti iyul ayı üzrə ən çox yüklənmiş tətbiqlərin reytinqini tərtib edib. Sözügedən reytinqdə birinci yeri ByteDance şirkətinə məxsus TikTok servisi tutub. Maraqlısı ondadır ki, TikTok servisi birinci yeri həm App Store-da həm də Google Play-də tutub. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə məlumata əsasən TikTok-un ümumi yüklənmə sayı 65.2 milyonu keçib. Bu isə kəçən ilin eyni zaman kəsiyində olmuş yüklənmə sayından 21.4% çoxdur.
         ABŞ hökuməti ilə olan gərginliyə baxmayaraq yüklənmənin böyük bir hissəsi məhz ABŞ regionunun üzərinə düşür. Belə ki, servisin ümumi yüklənmə sayının 9.7%-i ABŞ-ın payına düşür. TikTok-un məşhur olduğu ikinci ölkə isə İndoneziyadır. Belə ki, TikTok-un ümumi yüklənmə sayının 8.5%-i məhz İndoneziyanın payına düşür. Reytinqdə ikinci pillədə qərarlaşmış tətbiq Facebook-dur. Onun ümumi yüklənmə sayı 53.5 milyondur.
        Bu göstəricinin 23.1%-i Hindistanın, 9.1%-i isə İndoneziyanın payına düşür. Tərtib olunmuş reytinqin ilk top beşliyində həmçinin Zoom, Instagram Whatsapp tətbiqləri var. Qeyd etmək lazımdır ki, Sensor Tower şirkətinin məlumatları tətbiqlərin unikal yüklənmələrinə əsaslanır və bu məlumatlardakı göstəricilər tətbiqlərin Google Play və ya App Store hesabları vasitəsilə ilk işə salınmaları əsasında formalaşır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər