Logo
    main-post-cover

    TikTok haqqında inanılmaz etirafları ehtiva edən sənədlər mətbuata sızdırılıb!

    Sosial Media
    16.10.2024
    Farid

         Dünyanın ən çox istifadə edilən sosial media tətbiqlərindən biri olan TikTok-un sahibi ByteDance haqqında çox təəccüblü etiraf sənədləri mətbuata sızdırılıb.

         Sosial media nəhəngi TikTok-un sahibi ByteDance şirkətinə aid gizli sənədlər, tətbiqin uşaqlar üzərindəki mənfi təsirlərini üzə çıxarıb. Kentucky ştatının açdığı məhkəmədə təsadüfən açığa çıxan bu sənədlər, TikTok-un öz tədqiqatlarının nəticələrini əks etdirir.

          Mətbuata sızan sənədlərdə diqqət çəkən məqamlar isə bunlardır:

    • TikTok, istifadəçilərin cəmi 260 video izlədikdən sonra (təxminən 35 dəqiqə) platformaya asılı hala gələ biləcəyini müəyyən edib.
    • Şirkət, tətbiqin uşaqların əqli və sosial inkişafına zərər verdiyinin fərqində imiş.
    • TikTok-un öz tədqiqatı, həddindən artıq istifadənin analitik bacarıqlar, yaddaş formalaşması, kontekstual düşünmə və empati qabiliyyəti üzərində mənfi təsirləri olduğunu göstərir.
    • Tətbiq həmçinin istifadəçilərin yuxu rejimini pozur, məktəb və iş məsuliyyətlərini pozur və sevdikləri ilə ünsiyyətini zəiflədir.
         Məhkəmə sənədlərinə görə, ByteDance tətbiqə əlavə edilən ekran vaxtı məhdudlaşdırma vasitəsinin təsirsiz olduğunu əvvəldən bilirmiş. Bu vasitə, gündəlik istifadə müddətini cəmi 1.5 dəqiqə azalda bilib (108.5 dəqiqədən 107 dəqiqəyə). Şirkət rəsmiləri iddiada bu tədbirin sadəcə ictimaiyyətlə əlaqələr cəhdi olduğunu rəsmi şəkildə etiraf ediblər. TikTok, təkcə ABŞ-da deyil, Avropada da potensial qadağalarla üzləşə bilər. Tətbiq dünya üzrə milyardlarla istifadəçiyə sahib olsa da, xüsusilə gənc istifadəçilər üzərindəki mənfi təsirləri hər gün daha çox müzakirə olunur.
    Paylaş
    Bənzər xəbərlər