main-post-cover

    TikTok ilə rəqabət aparmaq üçün Youtube platforması özünün qısa videolar servisini işə salacaq

    Sosial Media
    02.04.2020
    Farid Pardashunas
        Dünyanın ən çox yüklənən mobil tətbiqi reytinqində TikTok servisi Whatsapp messencerini keçəndən sonra onun məşhurluğu gözdən itmədi. İnsayderlərin verdikləri məlumata əsasən Google şirkəti qısa videolar bazarındakı vəziyyəti dəyişmək istəyir. Belə ki, məlumatda qeyd olunub ki, Google şirkəti Youtube əsasında özünün qısa videolar servisini təqdim etməyi planlaşdırır. Bu barədə The Verge saytı xəbər verib.
        The Information saytının öz mənbələrinə istinadən verdiyi məlumata əsasən məşhur Youtube servisinin yeni versiyasında Shorts adlı funksiya olacaq və həmin funksiya qısa videoların yaradılması imkanını təqdim edəcək. Hazırlanmış videolara musiqilərin əlavə olunması üçün isə istifadəçi servisdəki lisenziya olunmuş musiqilərdən və ya digər audiokontentlərdən istifadə edə biləcək.
        İnsayderlərin fikirlərinə əsasən bu üsul sayəsində Google şirkəti TikTok servisi ilə rəqabət aparacaq. Qeyd etmək lazımdır ki, TikTok-un bütün dünya üzrə 500 milyondan çox istifadəçisi var. App Annie analitik şirkətinin hesabatına əsasən son 12 ay ərzində TikTok servisi 842 milyon dəfə yüklənib. Keçən ilin oktyabr ayında məlumat ortaya çıxmışdı ki, Google şirkəti TikTok-u almaqda maraqlıdır. Lakin görünür, şirkət nəticədə öz servisini yaratmaq qərarına gəldi. Youtube Shorts-un nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər