
TikTok, Instagram analoqunu hazırladığını təsdiqləyib
Sosial Media
19.04.2024
Farid
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, TikTok fotoların mübadiləsi üçün nəzərdə tutulmuş TikTok Notes adlı tətbiqini istifadəyə verməyə hazırlaşır. Beləliklə TikTok Instagram-la foto mövzusunda rəqabətə girməyə hazırlaşır. İndi isə TikTok bu məlumatı rəsmi şəkildə təsdiqləyib. Məşhur servis bildirib ki, onun yeni tətbiqi hal-hazırda ilkin test mərhələsindədir. TikTok üstəlik yeni tətbiqinin bəzi interfeys özəlliklərini əks etdirən fotonu özünün X (keçmiş Twitter) hesabında da bölüşüb. TikTok Notes tətbiqinin nəticədə Instagram ilə lazımi səviyyədə rəqabət apara bilib-bilməyəcəyini zaman göstərəcək.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
