
TikTok Instagram analoqunu istifadəyə verməyə hazırlaşır
Sosial Media
09.04.2024
Farid
The Verge saytının vermiş olduğu məlumata əsasən TikTok yaxın zamanda öz yeni məhsulunu anons edəcək. Söhbət, TikTok Notes tətbiqindən gedir. Bu, faktiki olaraq Instagram analoqudur və istifadəçilərə fotoların mübadiləsi imkanını verəcək. TikTok Notes nəticədə Instagram-ın ciddi rəqibinə çevrilə bilər. TikTok-un öz istifadəçilərinə göndərmiş olduğu bildirişdə qeyd edilib ki, yaxın zamanda fotoların paylaşılması üçün nəzərdə tutulmuş TikTok Notes adlı tətbiq istifadəyə veriləcək.

Məlumata əsasən TikTok Notes artıq mövcud olan və gələcək TikTok fotolarının bölüşülməsi və istifadəçilərə foto və mətnlər vasitəsilə yaradıcılıqlarını paylaşmaq imkanlarını verəcək. TikTok-un buna bənzər yeni servis üzərində çalışdığı barəsində məlumat hələ keçən ay ortaya çıxmışdı. Lakin həmin vaxtda yeni servisin TikTok Photos adını əldə edəcəyi güman edilirdi. Görünür, nəticədə şirkət servisin adında dəyişiklik edib.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
