
TikTok, Instagram rəqibi tətbiqini səssizcə təqdim edib!
Sosial Media
20.06.2024
Aslan
TikTok bir müddətdir ki, Instagram rəqibi tətbiqlər üzərində işləyir. TikTok Notes adlı xidmətdən sonra yeni sosial media platforması səssizcə təqdim edilib. Whee adlı tətbiq, TikTok istifadəçilərinə daha çox məxfilik yönümlü sosial platformanı təklif edir.
TikTok-un ana şirkəti ByteDance, Whee adlı yeni sosial media tətbiqini istifadəyə verib. Hal-hazırda Google Play Store-da test mərhələsində olan platforma, Instagram-a bənzər istifadəni öz istifadəçilərinə təqdim edir. Bununla belə, istifadəçilər foto və videoları yalnız yaxın dostları ilə paylaşa biləcəklər. Google Play-dəki açıqlamaya görə, Whee, istifadəçilərə həyatlarındakı "spontan anları" çəkmək və paylaşmaq üçün bir yol təqdim edir. Buna görə də o, bir qədər də BeReal tətbiqinə bənzəyir. Bu səbəbdən, tətbiqin Instagram və BeReal üslubunda istifadəyə malik olduğunu söyləyə bilərik.

TikTok, uzun müddətdir ki, ABŞ və Avropada məxfilik problemləri ilə üzləşir. İstifadəçi məlumatlarının işlənməsi siyasətləri ilə bağlı tənqidlərə məruz qalan şirkət, şəbəkəsini fərqli xidmətlərlə genişləndirməyə çalışır. Bu yolla şirkət, TikTok Notes tətbiqindən sonra Whee platformasının istifadəçi sayını artırmağı hədəfləyir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
