main-post-cover

    TikTok kontent yaradıcıları üçün yeni tətbiqini istifadəyə verib

    Sosial Media
    29.05.2024
    Emil Nəcəfov
         TikTok kontentin yaradılması və redaktəsi proseslərinin yaxşılaşdırılması istiqamətində öz istifadəçiləri üçün TikTok Studio tətbiqini işə salıb. Bu, TikTok-un əsas tətbiqindən asılı olmayan müstəqil bir tətbiqdir. Bu yeni tətbiq istifadəçilərə pulsuz şəkildə geniş funksionallığı təqdim etməklə kontentin yaradılması və idarəsi proseslərinin yaxşılaşdırılması üçün nəzərdə tutulub. TikTok Studio kontentlərin yaradılması, redaktə olunması və yüklənməsi üzrə çoxlu sayda funksiyaya sahibdir. Bundan əlavə olaraq istifadəçi TikTok Studio-nu öz hesablarının effektivliklərinin analizi üçün də istifadə edə bilər.
       TikTok Studio üzərindən həmçinin artıq paylaşılmış və ya paylaşılmaya planlaşdırılmış kontentlərin idarəsi də mümkündür. Kontentlərə olan rəylərlə qarşılıqlı əlaqə imkanı da mövcuddur. Qeyd etmək lazımdır ki, TikTok Studio yalnız 18 yaşdan yuxarı kontent müəllifləri üçün nəzərdə tutulub. TikTok Studio daha çox əsas tətbiqdə kontentlərin yaradılması üçün nəzərdə tutulmuş alətləri və üstəlik Creator Center adlı veb tətbiqi əvəz etməyə hədəflənib. Bununla belə istifadəçilər desktop brauzer vasitəsilə yeni tətbiqin saytına daxil olaraq onun geniş imkanlarından istifadə edə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Cybertruck-ın off-road testləri sosial mediada müzakirələrə səbəb olub! (VİDEO)
    cybertruck-in-off-road-testleri-sosial-mediada-muzakireye-sebeb-olub-video
    Satılacağı təqdirdə TikTok-un qiyməti 100 milyard dollar təşkil edə bilər
    satilacagi-teqdirde-tiktok-un-qiymeti-100-milyard-dollar-teskil-ede-biler
    Kanada kəşfiyyatı TikTok haqqında xəbərdarlıq edib!
    kanada-kesfiyyati-tiktok-haqqinda-xeberdarliq-edib
    TikTok 1 saatlıq videoların yüklənməsi imkanını test etməyə başlayıb
    tiktok-1-saatliq-videolarin-yuklenmesi-imkanini-test-etmeye-baslayib
    TikTok ABŞ hökumətini məhkəməyə verib
    tiktok-abs-hokumetini-mehkemeye-verib