TikTok media nəşriyyatlar üçün yeni monetizasiya üsulunu təklif edir

TikTok media nəşriyyatlar üçün yeni monetizasiya üsulunu təklif edir

Sosial Media
04.05.2023 PAYLAŞIM

    TikTok böyük media nəşriyyatları üçün Pulse Premiere adlı proqramı işə salıb. Bu proqram həmin nəşriyyatlara TikTok daxilindəki kontentlərinin sonlarında sərgilənən reklamlardan gəlir əldə etmək imkanını verəcək. Pulse Premiere artıq uzun müddət ərzində mövcud olan TikTok Pulse proqramının bir növ əlavəsidir. Qeyd etmək lazımdır ki, TikTok Pulse proqramı çərçivəsində ən yaxşı nəticələr sərgiləyən kontent müəllifləri öz paylaşımlarının sonlarında sərgilənən reklamlardan əlavə gəlir əldə edirlər.

    Hal hazırda Pulse Premiere adlı yeni proqram BuzzFeed NBC kimi böyük media nəşriyyatlarının hesablarında aktivdir. TikTok Pulse proqramının, yaxşı baxışlara sahib olan videoların yalnız 4%-ni monetizasiya etdiyi bir vaxtda Pulse Premiere proqramı çərçivəsində bütün videoları monetizasiya etmək mümkün olacaq. BuzzFeed və NBC kimi nüfuzlu nəşriyyatlarla əməkdaşlıq sayəsində Pulse Premiere proqramı çərçivəsində reklamçılar öz brendlərini keyfiyyətli kontentlərlə əlaqələndirə bilərlər. Bu üsul ilə onlar öz brendlərinə olan etibarı yüksəltmiş olacaqlar.




DAHA ÇOX


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.


Whatsapp-da istifadəçilər üçün ləqəblər (nickname) funksiyası istifadəyə veriləc..

Whatsapp tərtibatçıları messencerdə yeni faydalı funksiyanı istifadəyə verməyə hazırlaşırlar...


TikTok-un mənbə kodu və məsləhət xarakterli alqoritmi ABŞ-ın Oracle şirkətinə tə..

TikTok administrasiyası yaxın zamanda ABŞ-ın Oracle şirkətinə servisin mənbə kodunu və platformanın ..

×