Logo
    main-post-cover

    TikTok mesajlaşmanı ödəniş sisteminə çevirə bilər

        TikTok istifadəçilərin bir-birinə DM vasitəsilə pul göndərməsinə imkan verəcək yeni funksiya üzərində işləyə bilər. Bloomberg-in məlumatına görə, TikTok-un ABŞ üçün nəzərdə tutulan iOS tətbiqinin kodlarında istifadəçilər arasında pul köçürmələri ilə bağlı yeni sistemə işarə edən detallar aşkarlanıb.
    TikTok US Ban Survey: Half of American Adults Favor Ban, Pew Finds
        Kodlardan məlum olur ki, istifadəçi dostuna pul göndərdikdən sonra əməliyyatın statusu barədə bildirişlər ala biləcək. Pulu qəbul edən tərəf isə mesaj bölməsindəki xüsusi düymə vasitəsilə ödənişi qəbul edə biləcək. Pul köçürməsinə əlavə mesaj yazmaq imkanı da nəzərdə tutulur. Yeni funksiyanın TikTok Pay ödəniş sistemi üzərindən işləyə biləcəyi bildirilir. TikTok Pay hazırda TikTok Shop üçün nəzərdə tutulub və Malayziya və Vyetnam kimi bəzi Cənub-Şərqi Asiya ölkələrində istifadə olunur.
        ABŞ-də isə TikTok Shop hazırda PayPal, Apple Pay, Google Pay, Klarna və Affirm, həmçinin bank kartları ilə ödənişləri dəstəkləyir. Bununla belə, TikTok-da mesaj vasitəsilə pul göndərmə funksiyasının istifadəyə veriləcəyi hələ təsdiqlənməyib. Şirkət nümayəndəsi Bloomberg-ə bildirib ki, funksiya hazırda hətta sınaqdan keçirilmir. Tətbiqlərin kodlarında gələcək üçün nəzərdə tutulan və sonradan ləğv edilən funksiyalara tez-tez rast gəlindiyindən TikTok-un bu sistemi istifadəçilərə təqdim edib-etməyəcəyi hələlik məlum deyil.
    Paylaş