TikTok özünün Stories funksiyasını istifadəyə verib

TikTok özünün Stories funksiyasını istifadəyə verib

Sosial Media
05.08.2021 PAYLAŞIM

    Qısa videolar formatı istifadəçilər arasında çox məşhurlaşıb. TikTok servisi isə bu formatın bütün dünyada daha çox məşhurlaşmasına gətirib çıxartdı. Hal hazırda bu servis rekord göstəricidə gəlir gətirir və bütün dünya üzrə ən çox yüklənən tətbiqlər sırasında yer alır. Əgər siz TikTok-dan istifadə edirsinizsə, deməli onun əyləncəli funksiyalarından xəbərdarsınız. Lakin məlum olub ki, ByteDance şirkəti servisin daha bir funksiyası üzərində çalışır və yeni funksiya bazardakı digər rəqiblər olan Instagram Snapchat-dan ilhamlanıb.


    Söhbət, TikTok Stories-dən gedir. Adından da bəlli olduğu kimi istifadəçilər bu funksiya sayəsində öz hesablarına Stories paylaşımlarını əlavə edə biləcəklər və həmin paylaşımlar 24 saatdan sonra avtomatik olaraq silinəcəklər. Digər TikTok istifadəçiləri isə paylaşılmış Stories-ə reaksiya verə və rəy bildirə biləcəklər. Bundan əlavə olaraq istifadəçilər müxtəlif musiqilər və mətnlər vasitəsilə kreativ Stories videoları da yarada biləcəklər. Hal hazırda TikTok Stories funksiyası test rejimində çalışır. Lakin buna baxmayaraq artıq istifadəçilərin çox hissəsi bu funksiyanı əldə edib. 



DAHA ÇOX


Kontent yaradıcıları üçün Youtube Create tətbiqi təqdim edilib

Youtube tərtibatçıları Youtube Create adlı yeni tətbiqi təqdim ediblər.


Süni zəka vasitəsilə tərtib edilmiş kontentlər TikTok-da xüsusi olaraq işarələnə..

TikTok video müəlliflərə fərdi kontentlərinin süni zəka tərəfindən tərtib edildiyini qeyd etməkdə ya..


Whatsapp-ın iPad planşetləri üçün tətbiqinin beta versiyası istifadəyə verilib..

Whatsapp tərtibatçıları messencerin iPad planşetləri üçün nəzərdə tutulmuş tətbiqinin beta versiyası..


Elon Musk X-i (keçmiş Twitter) hamı üçün ödənişli etmək niyyətindədir..

Elon Musk dünən İsrailin baş naziri ilə görüşü zamanı X (keçmiş Twitter) sosial şəbəkəsi ilə bağlı g..


Whatsapp-da Telegram kanallarının analoqu istifadəyə verilib

Kanallar funksiyası qlobal miqyasda Whatsapp-da istifadəyə verilib.


Telegram üçün bir neçə yeni funksiya hazırlanır

Telegram-ın beta versiyasının kodunda hələ anons olunmamış bir neçə funksiya aşkar edilib. ..

×