Logo
    main-post-cover

    TikTok platforması YouTube-yə çevirilir?!

    Sosial Media
    30.01.2024
    Farid
         Ortaya çıxdığı zamandan bu günə qədər üfüqi videolarla populyarlaşmağı bacaran TikTok tətbiqi indi də şaquli videolarla YouTube-yə bənzəməyə çalışır.
         Görünən odur ki, TikTok bu barədə artıq video yaradıcılarını da cəlb etməyə başlayıb. Belə ki, şirkət 3 aydan çoxdur TikTok-da olan video yaradıcıların reklam və siyasi partiyalara aid olmayan üfüqi videolarının baxış sayını 72 saat ərzində artıracağını vəd edir.
         TikTok platformasının daha öncələr 15 və 30 dəqiqəlik uzun videoları paylaşmağa icazə verən xüsusiyyətinin ardınca belə bir addım atması bir daha özünü YouTube-yə bənzətmək istədiyini göstərir. Digər tərəfdən, şirkətin fikrincə, uzun və üfüqi şəkildə paylaşılan videolara reklam yerləşdirmək yaradıcıların pul qazanmaları üçün əlavə imkan yarada bilər. Lakin onu da qeyd edək ki, YouTube platforması da daha öncələr TikTok tətbiqində gördüyümüz qısa videoların yer aldığı "Shorts" xüsusiyyətini istifadəyə vermişdi.
    Paylaş